Gömrük fırıldaqları

16-12-2021, 08:24   

Comtrade bazası gömrükdə baş verən dəyişiklikləri izləmək baxımından yaxşı mənbədir.
“Güzgü statistikası” ticarət tərəfdaşlarının təqdim etdiyi məlumatlarla bizim məlumatları tutuşdurmağa imkan yaradır.
Nümunə üçün kərə yağını (əmtəə kodu 040510) götürdüm və əsas ixracat ölkələrin məlumatları ilə bizim gömrüyün məlumatlarını tutuşdurdum. 2020-ci ilin ilin yekunlarına görə nəticə belədir:
  1. Yeni Zelandiya gömrüyü göstərir ki, ötən il ərzində Azərbaycana təxminən 15.5 milyon dollar həcmində 3.7 min ton kərə yağı ixrac ediblər – hər kq 4.2 USD.
    Azərbaycan gömrüyünün məlumatına görə, həmin dövrdə Yeni Zelandiyadan 34.4 mln. dollar dəyərində 7.1 min ton kərə yağı idxal edilib – hər kq 4.8 dollar.
  2. Ukrayna gömrüyü göstərir ki, 2020-ci ildə Azərbaycana 12.9 mln. dollar dəyərində 2.9 min ton kərə yağı ixrac olunub – hər kq 4.4 dollar. Azərbaycan gömrüyünün həmin dövrü üzrə Ukraynadan kərə yağ idxalı göstəricisi belədir: 19.5 mln. dollarlıq 3.9 min ton – hər kq 5 dollar.
Hər 2 ölkə üzrə qarşlıqlı statistikada oxşar tərəf budur ki, onlarda həm dəyər, həm də natural həcm etibarı ilə daha az göstərilir, bizdə əksinə daha çox. Az qala 2 dəfə fərq var. Hərçənd ki, hər kq hesabı ilə qiymətlər bir-birinə çox yaxındır.
Bu nəticə niyə belədir?
Əgər əvvəlki dövrlərdəki kimi bizdə az olsa idi, əsas ehtimal bu olacaqdı ki, kölgə iqtisadiyyatı idxalı gizlədir.
İndiki nəticənin izahı nədir? Gömrüyün şəffaflaşmasının nəticəsimi? Yoxsa idxalatçılar saxta sənədlər əsasında 3-cü ölkələrdən aldıqları məhsulu bu 2 ölkənin adına rəsmiləşdirməyə imkan tapır?
Tək Ukraynaya qalsa idi, ciddi şəffaflıq problemi olan postsovet ölkəsi kimi dərhal razılaşmaq olardı. Amma Yeni Zelandiya inkişaf etmiş ölkədir, bu qədər geniş miqyasda statistika saxtakarlığına və kölgə iqtisadiyyatına malik olması real görünmür.
Hər halda sahibkarlardan, idxalatçılardan daha obyektiv rəyi olan olsa, hətta inbox-a da yaza bilərlər.

İqtisadçı Rövşən Ağayev
Anaxeber.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.