"Laçın istiqamətində sərhəd və gömrük xidməti təsis etməkdən başqa alternativimiz yoxdur" - ELXAN ŞAHİNOĞLU

16-12-2021, 15:37   




"Zəngəzurda dəhliz olmadığına görə, Laçından yan keçən dəhlizin tikintisi bəndindən də imtina etməliyik"
"Azərbaycanla Ermənistan arasında vasitəçilərin sayı artıb. İki ölkə arasında əsas vasitəçi və moderator rolunda Rusiya çıxış edir. Bu ölkənin vasitəçiliyi ilə bir il ərzində iki ortaq bəyanat və açıqlama qəbul olunub. Avropa İttifaqı da prosesə qoşulub və birliyin rəhbəri adından bəyanat yayınlanıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Politoloqun sözlərinə görə, qatara gecikmək istəməyən Fransa prezidenti Emmanuel Makron da Brüsseldə ikən hiyləgər gediş edərək kameraların qarşısında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla qısa fikir mübadiləsi aparıb, bununla ölkəsinin də Cənubi Qafqazda var olduğunu göstərməyə çalışıb: "Bu arada, Brüsseldə bircə Minsk Qrupu həmsədrləri görsənməyiblər. Bu bizə lazım deyildi. İrəvana qayıdan Nikol Paşinyan hökumətin iclasında İlham Əliyevlə razılaşmalardan danışıb. Birincisi, dəmiryolunun çəkilişi sürətlənəcək, ikincisi liderlər görüşlərini intensivləşdirəcəklər. Faydalı gedişatdır. Buna rəğmən, ermənilər Laçın dəhliziylə bağlı haray-həşir salıblar. Çünki İrəvan bizə Zəngəzurda maneəsiz keçid vermədi və anlayırlar ki, bunun qarşılığında Azərbaycan da Laçın istiqaməıtində maneəsiz keçidin qarşısını almağa çalışacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, biz bu məsələni qısa müddətdə həll etməliyik: "Bizə müxtəlif istiqamətlərdən mane olmağa çalışacaqlar. Ancaq Laçın istiqamətində sərhəd və gömrük xidməti təsis etməkdən başqa alternativimiz yoxdur. Zəngəzurda dəhliz olmadığına görə, Laçından yan keçən dəhlizin tikintisi bəndindən də imtina etməliyik".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.