Qanun layihəsində olmayan platforma termininin tərifini verməyə çalışacağıq“O qədər də uzaq olmayan yerlərə yola düşəcək qatar üçün platforma haqda” haqqında qanun layihəsinin
təhlilindən sonra belə qənaətə gəldim ki, orada Konstitusiya tərəfindən vətəndaşlara verilən informasiya hüquq və təşəbbüsləri kəskin şəkildə məhdudlaşdıran normalar qoyulub.
Guya KİV-in fəaliyyətini tənzimləməyə yönələn qanun bütün cəmiyyəti əhatə edib və faktiki olaraq bütün vətəndaşların informasiya münasibətləri sahəsində məsuliyyətini və məhdudiyyətlərini müəyyən edib. Ən əsası vətəndaşların informasiya vasitəsilə özünü ifadə etməsinə dövlət nəzarəti tətbiq edib.
Məqalədə qanun layihəsinin məzmununa daxil edilmiş və 2000-ci ildə qəbul olunmuş “KIV haqqında” qanunda olmayan platforma terminindən söz açılıb.
Bir daha təkrar edirəm ki, söhbət termindən gedir, tərifdən yox. Qanun layihəsində ali icra hakimiyyət platformanın tərifini açıqlamır, baxmayaraq ki, bir çox bölmədə hallanır.
Platforma terminindən maddə 1-də – Əsas anlayışlar- istifadə olunur. Lakin tərif açıqlanmır:
1.1.18. platforma yayımçısı – audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları platforma və (və ya) multipleks operatoru və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, yaxud birbaşa İnternet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxs;
1.1.21. platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
Maddə 27. Audiovizual media subyektlərinə platformanın idarə olunması növləri üzrə dərəcələr verilir
27.1.2. platforma yayımçısı:
27.1.2.1. peyk yayımı həyata keçirən platforma yayımçısı;
27.1.2.2. peyk yayımı həyata keçirməyən platforma yayımçısı;
27.1.3. platforma operatoru:
27.1.3.1. sadə platforma sadə operatoru;
27.1.3.2. universal platforma operatoru;
Və ilk dəfə 32-ci maddədə Platforma operatoru termini ilə lisenziya anlayışı arasında əlaqə tapırıq; 32.1. Platforma operatoru lisenziya əsasında fəaliyyət göstərir.
50-ci maddədə audiovizual kütləvi informasiya vasitələrinin platforma operatorlarına verilən lisenziyanın sadə və universal növləri göstərilir. 55-ci maddədə lisenziyanın verilməsi qaydaları yer alır.
Beləliklə, deyə bilərik ki, bu qanuna əsasən, İnternet və mobil platformalara lisenziyalaşdırılma tətbiq edilir ki, bu da “KİV haqqında” mövcud qanunla qadağandır. Bu isə dövlət tərəfindən təkcə KİV-lərin, jurnalistlərin yox, bütün vətəndaşların informasiya təşəbbüsləri üzərində formal olaraq dolayı, lakin əslində birbaşa senzuranın tətbiq edilməsi deməkdir.
İndi qanun layihəsində olmayan platforma termininin tərifini verməyə çalışacağıq. Platforma – informasiyanın yeni texnologiyalar – İnternet, mobil rabitə və s. yayılması kanalıdır. Bu, peşəkar (KİV) və qeyri-peşəkar (cəmiyyət) ola bilər.
Platformaların əsas funksiyaları:
İnternet platforma (hüquqi və fiziki şəxs nəşrinin İnternet versiyası).
Mobil platforma (nəşrin mobil telefon üçün versiyası)
PDA-platforma (nəşrin personal cib kompüteri üçün versiyası (Personal Digital Assistant və ya PCK). Nəşrin çap versiyasının yayılması üçün əlavə platforma.
E-paper-platforma (nəşrin elektron kağız üçün versiyası (e- paper)); Kindle- platforma (elektron kitabların oxunması üçün proqram-aparat platforması). Hadisələrin inkişafı baxımından informasiya yenilənmir.
iPad -, iPhone-platformalar (və Android bazasında oxşar portativ cihazlar). Nəşrin çap versiyasının, multimedia kontentin yayılması üçün əlavə platformalar.
Mənim şübhəm yoxdur ki, rüsvayçı dərəcədə qeyri-müəyyən olan qanun layihəsi maddələrin sətiraltı mənası və lisenziyalaşdırma sistemi vasitəsilə təkcə KİV-ləri yox, həm də Azərbaycanın bütün informasiya cəmiyyətini məhdudlaşdırmaq və nəzarətdə saxlamaq üçün dövlətə geniş səlahiyyətlər verir. İstərdim ki, icra hakimiyyəti və parlament bu şübhələri təkzib etsinlər.
Mehman Əliyev