Gürcüstanda səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiya əlaqələrinin açılması perspektivlərinə toxunub. “AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan İlham Əliyevlə iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasıyla bağlı prinsipial razılıq əldə etdiklərini söyləyib. Baş nazir bildirib ki, qarşılıqlı razılaşmaya əsasən, Yerasx(Arazdəyən) - Culfa-Ordubad - Mehri - Horadiz dəmir yolunun tikintisi 2-3 il ərzində başa çatdırılmalıdır.
Paşinyan həmçinin, avtomobil yolu əlaqəsinin də bərpa olunacağını bildirib:
“Məlumat vermək istəyirəm ki, RF Prezidenti Vladimir Putinin vasitəçiliyilə 26 noyabr Soçi və Aİ rəhbəri Şarl Mişelin vasitəçiliyilə 14 dekabr Brüssel görüşünün nəticəsində Azərbaycanla avtomobil yolu əlaqəsinin bərpasıyla bağlı razılıq əldə edilməsi imkanı yaranıb”.“AzPolitika.info”