Yeni Media Qanunu Milli Məclisdə ildırım sürəti ilə 2-ci oxunuşdan da keçdi. Bütün tənqidi məqamlara, ifadə azadlığının pozuntusu kimi görülən, jurnalist azadlığına müdaxilə təşkil edən müddəalara toxunulmadan…
İndi Çap mediası və online Media subyektləri, jurnalistlər aşağıdakı məlumatları toplamağa başlasınlar. Çünki, Qanun Layihəsinin 78.3-cü maddəsi deyir ki, aşağıdakı məluamatlar 6 ay içərisində media reystrini aparan quruma (yəni böyük ehtimalla MEDİA Agentliyinə- çünki yeni nazirlik yaratmayacaqlarını düşünürəm, elə Media Agentliyi köhnə Mətbuat Nazirliyinin funksiyasını icra edəcək) təqdim edilməlidir:
Media Reyestrinə aşağıdakı məlumatlar daxil edilir:
- media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı;
- fiziki şəxs olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habelə media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslər haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatlar;
- media subyektinin VÖEN-i;
- media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
- məsul redaktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
- media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları);
- çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında məlumat;
- onlayn media subyektinin domen adının sahibi haqqında məlumat;
- media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) ərazi kateqoriyası;
- audiovizual media subyektlərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) janrı, yayım üsulu və növü;
- audiovizual media subyektlərinin lisenziyası haqqında məlumatlar;
- informasiya agentliklərinin digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar;
- jurnalistin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;
- verilmiş (o cümlədən olduğu halda əvvəllər verilmiş) jurnalist vəsiqəsi haqqında məlumat;
- jurnalistin əmək və ya mülki hüquq müqaviləsi, əmək fəaliyyəti haqqında ümumi məlumat;
- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i;
- media subyektinin idarəetmə orqanının rəhbərinin, jurnalistin ali təhsili haqqında məlumat;
- təsisçi (iştirakçı) fiziki şəxs olduqda onun (onların), media subyektinin idarəetmə orqanının rəhbərinin və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.
Bütün bu məlumatların verilməsi hələ sizin reystrə düşmənizin avtomatik olacağı anlamına gəlmir. Reyestrə daxil olmaq və qalmaq üçün Media subyektinə dair tələblər aşağıdakılardır:
Təsisçi fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
Təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
Media təsisçisi hüquqi şəxs olduqda onun təsisçisi və payçısı habelə media subyekti fiziki şəxs olduqda;
- Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı,
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxs olmamalı, -məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərdən olmamalı, -məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərdən olmamalıdır.
Online media subyeki üçün habelə, siyasi partiyalar və dini qurumlar təsisçi, payçı ola bilməz.
Reyestrə düşmək üçün və reyestrdə qalmaq üçün media subyekti əlavə olaraq, aşağıdakı mənbələrdən maliyyələşməməlidir:
- xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri;
- onların filial və nümayəndəlikləri;
- həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər;
- habelə xarici ölkələrin dövlət qurumları.
Əlbəttə bu məlumatlar yetərli deyil, Reyestrı girmək və orada qalmaq üçün media subyekti əlavə olaraq:
-digər media subyektinin informasiyasını və proqramlarına abunəlik və ya müqavilə əsasında istinad etməklə istifadə edə bilər.
-Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Media subyekti hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmalıdır;
Fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır;
Media Reyestrində olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olmamalıdır.
Media Reyestrinə düşməli olan Jurnalistlərə gəldikdə;
Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsili olmalıdır;
- fəaliyyət qabiliyyətli olmalıdır;
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır;
- məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır;
- media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
- işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;
- işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
- jurnalistlər digər media subyektinin informasiyasını və proqramlarına abunəlik və ya müqavilə əsasında istinad etməklə istifadə edə bilər. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
- Jurnalistin işlədiyi çap mediası;
-gündəlik qəzetsə və bir il ərzində 12-dən çox nömrəsi çıxmayıbsa;
-günaşırı qəzetsə və bir il ərzində 9-dan çox nömrəsi çıxmayıbsa;
-həftəlik qəzetsə və bir il ərzində 6-dan çox nömrəsi çıxmayıbsa- onun jurnalisti resestrdən çıxarılır. - jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç ) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir;
- jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir;
- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
Yuxarıdakı şərtlərin hər hansı biri yerinə yetirilməsə MEDİA Agentliyi jurnalistin Media Reyestrinə daxil edilməsindən imtina edir.