Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Qüvvələrinin Qazaxıstana ezam olunmuş əsas bölmələri bu ölkədə öz vəzifələrini yerinə yetirməyə başlayıblar. Bu barədə KTMT katibliyi xəbər verir.Məlumata görə, Rusiya hava-desant qoşunları Qazaxıstana göndərilən KTMT sülhməramlı qüvvələrinin tərkibinə daxil edilib və Aerokosmik Qüvvələrin təyyarələri ilə respublikaya ötürülür.
KTMT-nin Qazaxıstandakı Kollektiv Qüvvələrinin əsas vəzifələri "dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyətin sabitləşməsinə köməklik" olacaq.
virtualaz.org