Ekspertlər Qazaxıstanı gözləyən gələcək barədə

7-01-2022, 09:52   





Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kontingentinin Qazaxıstana daxil olması ölkədə durumu necə dəyişir?
Qazax xidmətindən bildiriblər ki, yanvarın 6-da ölkədə yenə internetə çıxış kəsilib, məlumat almaq olmur.
Amma Reuters agentliyi şahidlərə istinadla xəbər verir ki, ölkənin ən böyük şəhəri Almatıda atəş səsləri eşidilib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin sülhməramlıları Qazaxıstana, ölkə prezidenti Kasım-Jomart Tokayevin müraciətindən sonra daxil olublar.
Rusiyanın RIA Novosti informasiya agentliyi yazır ki, Moskva Qazaxıstana sülhməramlıların tərkibində desant bölmələri də göndərib.
Qazaxıstanın Rusiyadan asılılığı artacaq
Avropa Siyasət Mərkəzinin region üzrə təhlilçisi Amanda Paul AzadlıqRadiosuna deyir ki, sülhməramlıların gəlişi Qazaxıstanın asılılığını artıracaq:
“Aydın məsələdir ki, bundan sonra Qazaxıstan tamamilə Rusiyadan asılı olacaq. Bu isə bir neçə səbəbdən problemdir Qazaxıstan üçün. Həm Qazaxıstanın Qərb müttəfiqləri, həm də xalqı üçün pis xəbərdir. Bu həm də region üçün müəyyən mənada pis xəbərdir. Amma hadisələrin necə inkişaf etməsindən çox şey asılı olacaq. Çünki sülhməramlıların etirazları yatıra biləcəyi naməlumdur, etirazların miqyası böyükdür. Ona görə də bir çox məsələlər qeyri-müəyyəndir”.
İlk dəfədir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv ölkəsinə sülhməramlı göndərir. Amanda Paul deyir ki, bu həm də qurum üçün bir sınaq olacaq. Onun fikrincə, mümkündür ki, insanların müqaviməti həftələrlə davam etsin.
Rusiyanın rəsmi TASS agentliyi yazır ki, ümumilikdə qurumun sülhməramlılarının sayı 3600-dür, amma Qazaxıstana nə qədər belə əsgər göndərildiyi elan olunmayıb.
Orta Asiya üzrə ekspert Arkadi Dubnov “The New York Times” qəzetinə deyib ki, Qazaxıstan hökuməti “Rusiyanın kiçik maketi”dir və şübhəsiz ki, Kreml belə bir rejimin müxalifətlə danışıqlara getməsini, onların tələbləri ilə razılaşmasını istəməzdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.