"Yəqin ki, Qazaxıstanın "ingilis məhkəməsi" eksperimenti tezliklə tarixə qovuşacaq" - ƏKRƏM HƏSƏNOV

13-01-2022, 12:31   




"Son hadisələr təsdiqlədi ki, sözügedən ingilis məhkəməsinə aldanmayanlar haqlı idi"
"2018-ci ildə Qazaxıstan ingilis hakimlərdən ibarət olan və işlərə ingilis hüququ üzrə baxan xüsusi məhkəmə təsis etmişdi. Məqsəd investorları cəlb etmək idi. İdeya əvvəldən qüsurlu idi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər hüquqşünas Əkrəm Həsənova məxsusdur.
Hüquqşünasın sözlərinə görə, ölkənin bütün məhkəmələri bərbaddırsa, bir dürüst məhkəməyə görə o ölkəyə heç kəs pul yatırmaz: "Son hadisələr təsdiqlədi ki, sözügedən ingilis məhkəməsinə aldanmayanlar haqlı idi. Məhkəmə-hüquq sistemi ya İngiltərə və Almaniyada olduğu kimi müstəqil, savadlı və ədalətlidir, ya da bizimlə Qazaxıstan kimi ölkələrdə olduğu kimi bərbaddır. Orta variant yoxdur!"
Əkrəm Həsənovun fikrincə, yəqin ki, Qazaxıstanın "ingilis məhkəməsi" eksperimenti də tezliklə tarixə qovuşacaq.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.