Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyi ABŞ donanmasına aid bir patrul gəmisinin İran gəmisinə atəş açdığını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamada ABŞ donanmasına aid bir patrul gəmisinin İran gəmisinə sadəcə bir dəfə atəş açdığı bildirilir.
Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.
Açılan atəş nəticəsində gəmiyə hər hansısa bir zərərin dəyib-dəymədiyi məlum olmasa da, Pentaqon açıqlamasında, İran gəmisinin ABŞ patrul gəmisinə silah tuşladığı və buna görə onlar tərəfindən atəş açıldığı qeyd edilir.