Sərkisyanın istefasının şok səbəbi: “Paşinyan tezliklə Azərbaycanla...”

24-01-2022, 14:47   


61ee649ccbebe_pasinyann (2)


“Ermənistan prezidentini dəyişir, bu, Qazaxıstandakı böhranın nəticəsidir”.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
Ekspert Ermənistanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:
“Ermənistan Prezidenti Armen Sərkisyan istefa verib. Sərkisyan uzun illər Paşinyanın hazırkı əsas rəqibləri – liderləri Robert Köçəryan və Serj Sərkisyan olan “Qarabağ klanı”nın sıralarında olub.
Serj Sərkisyan ikinci səlahiyyət müddəti başa çatdıqdan sonra konstitusiyaya dəyişiklik edərək, əsas hakimiyyəti prezident postundan baş nazir postuna keçirərək hakimiyyətdə qalmaq qərarına gəldi. Bunu etdi, amma bu, qiyamla nəticələndi, Sərkisyan devrildi, Qərbin və ABŞ-ın müttəfiqi Nikol Paşinyan baş nazir oldu. Rusiyada onunla pis rəftar etdilər, potensial xain hesab olundu. Amma Serj Sərkisyan tərəfindən təyin edilən Armen Sərkisyan prezident olaraq qaldı. Sərkisyan birbaşa Paşinyana qarşı çıxmasa da, onun əleyhdarlarından biri idi.

Təbii ki, Rusiya bütün hakimiyyətin Paşinyanın əlində cəmlənməsinin əleyhinəydi, onu ABŞ-ın potensial tərəfdarı və Rusiyanın rəqibi hesab edirdi. Halbuki Qazaxıstandakı böhran zamanı Paşinyan özünü nümunəvi apardı. Moskvadan tələb olunan hər şeyi etdi. O, hətta Moskvada bəyənilməyən kütləvi nümayişlərə qarşı çıxış etdi. Prezident Putin bundan sonra Paşinyana zəng etdi. Putinin çağırışından dərhal sonra Paşinyan tərəfindən idarə olunmayan Prezident Sərkisyan istefa verdi. Görünür, Paşinyan özünə sadiq olmayan prezidentin istefası üçün Putinə yaxşı yalvarıb”.
Sergey Markov bundan sonrakı dönəmdə iki seçimin ola biləcəyini söyləyib:
“Birincisi, çox güman ki, parlament tərəfindən prezident seçkiləri keçiriləcək. Paşinyana öz adamını seçmək üçün 80 səs lazımdır. İndi onun 79 səsi var. Lazım olan səsi toplamaq üçün kimisə “ovlaya” bilər. Yaxud seçkilər ikinci tura qalacaq, bu halda ona lazım olan 65 səsi toplaya biləcək. Seçkilər fevralda olacaq.
İkincisi, yenidən konstitusiya dəyişikliyinə gedilir və yenidən prezident idarəetmə formasına keçid edilir. Beləliklə, Paşinyan seçkilərə gedir və qalib gəlir, bütün gücü əlində cəmləyən prezident olur. Bu və ya digər şəkildə, Qazaxıstandakı böhran zamanı çox yaxşı davranışına görə, KTMT şurasının sədri kimi Nikol Paşinyan hakimiyyəti əlində cəmləmək üçün Putindən icazə alıb.
Bu o deməkdir ki, Paşinyan sərhədlərin açılması, bütün Qarabağın dinc yolla Azərbaycana inteqrasiyası, Ermənistanın blokadadan çıxarılması, “3+3” proqramının həyata keçirilməsi, üstəgəl, Azərbaycan və Türkiyə ilə tezliklə sülh əldə etmək üçün real gücə malik olacaq”. / Teleqraf.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.