Ukrayna-Rusiya qarşıdurmasında Azərbaycan siyasətçiləri kimin tərəfindədir? – rəylər

27-01-2022, 15:55   


Rusiya Ukrayna ilə sərhədə hərbi texnika yığmağa davam edir. Son məlumatlara görə, Ukrayna sərhədləri istiqamətində irəliləyən daha bir neçə yüz tank, digər çoxsaylı hərbi texnikanı daşıyan dəmiryol eşalonları görünüb. Ukrayna sərhədinə toplanan Rusiya hərbçilərinə “Hər an döyüşə hazır ol!” əmri verilib.
Dünyanın bütün kütləvi informasiya vasitələri hazırda bu mövzu ətrafında xəbərlər yayır, reportajlar verir, siyasi şərhçilərin analizlərini ictimaiyyətə çatdırırlar.
Rusiya-Ukrayna sərhədlərində hazırda hər iki ölkədən 100 minlərlə əsgəri güc, hərbi texnika cəlb edilib. Bu münaqişə eyni zamanda NATO–Rusiya münaqişəsi kimi də xarakterizə edilir.

Bu konfliktdə dünyanın əksər mütərəqqi ölkələri, böyük gücləri Ukrayna dövlətini dəstəkləyir.

Azərbaycan ictimaiyyətində də çoxluq Ukraynanı haqlı sayır. Bunu sosial medianı izləməklə və əhali arasında sorğular keçirməklə anlamaq mümkündür. Belə sorğuları Tv Musavat da əhali arasında keçirib və əksəriyyət bu münaqişədə Ukraynanı dəstəklədiyini bildirib.

Bəs, siyasətlə məşğul olan tanınmışlar, siyasi şərhçilər bu mövzuda hansı mövqedədir? Onlar hansı ölkənin tərəfindədirlər?

Mövzu ilə bağlı Musavat.com siyasətçilərin fikrini öyrənib.

Ağ Partiya başqanı Tural Abbaslı bu məsələdə tərəf tutmadığını bildirib: “Bu futbol komandalarının oyunu deyil ki, tərəf tutaq. Burada haqq var, ədalət var. Haqlı mövqe var və haqsız mövqe var. Ona görə istər Azərbaycan, istərsə də digər ölkələr də bu məsələdə mövqe müəyyənləşdirirlər ki, kim haqlıdır və kimin tərəfində dururlar, yaxud da dəstək verəcəklər.
Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi
Tural Abbaslı

Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasəti, Krımı ilhaq etməsi, Donbasda, Luqanskda bu separatçı rejimləri dəstəkləməsi, hətta birbaşa qoşun olaraq iştirak eləməsi müharibə üçün kifayət qədər səbəb ola bilər. Təbii ki, bu kimi hallar istənilən suveren ölkəni narahat edər. Bu vəziyyəti Rusiya digər ölkələrdə də təkrarlaya bilər. Ona görə də belə halın baş verməməsi üçün hər kəs haqqın tərəfində olmalıdır. Çünki Rusiya yenidən bu cür addımlar atarsa, təcavüzkar siyasət aparsa ona qarşı bir olmayıq. Bu səbəbdən bizim də mövqeyimiz birmənalı olaraq Ukrayna tərəfdədir.

Yəni Rusiya bilməlidir ki, təklənib və bu təcavüzkar, aqressiv siyasətindən vaz keçməlidir. Dünyanın rahat nəfəs almasına imkan yaratmalıdır. Dünyanın hansı bölgəsində olursa olsun, bir konflikt varsa Rusiya o konfliktdə destruktiv qüvvənin yanında təmsil olunur. Ona görə də bütün dünya ictimaiyyəti birləşib Rusiyaya bir cavab verməlidir ki, o artıq dünyada tək olduğunu anlasın və qonşularla sülh və qarşılıqlı əməkdaşlıq yaşamağı öyrənsin. Yoxsa nə qədər güclü dövlət olursan ol, güclü birlik qarşısında məğlub olmağa məhkumsan”.
Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"
Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da fikrinin Azərbaycan cəmiyyətinin fikri ilə üst-üstə düşdüyünü bildirib: “Bizim dəstəyimiz Ukrayna dövlətinədir. Çünki Ukrayna ərazi bütövlüyü uğrunda mübarizə aparır. Rusiya Donbasda separatçılığa dəstək verib. Biz Qarabağda da görürük ki, Rusiya öz separatçı rejimini tətbiq edir, erməni hərbçilərinə himayəsinə alır. Ukrayna isə bizə tərəfdaş olan dövlətdir. Bu baxımdan əgər müharibə başlayarsa mənim də Azərbaycan cəmiyyəti kimi dəstəyim Ukrayna dövlətinə olacaqdır”.

Anar Əhməd,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.