Separatçılar Qapanı niyə atəşə tutdu?: Şübhəsiz ki, onlara bu “ağılı” verən...

6-02-2022, 20:46   




Qarabağdakı separatçılar niyə Tərtərin Qapanlı kəndini atəşə tutur?
Terrorçu rejimin gündəmə gətirdiyi və fevralın 20-də təsdiq etməyə hazırlaşdığı “ərazilərin işğaldan azad edilməsi haqqında” qondarma “qanun”a baxdıqda bu suala cavab tapa və açılan atəşin içkili vəziyyətdən qaynaqlanmadığını deyə bilərik.
Məlum “qanun layihəsi” Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə – keçmiş “DQMV”yə daxil olan Şuşa, Hadrut və digərləri – yanaşı müharibədən əvvəl iddia etdikləri “Şaumyan (Goranboy) və Qetaşen (keçmiş Xanlar)” də daxil ediləcək. Separatçı-terrorçu rejimin qondarma “xarici işlər naziri” David Babayan ötən həftə bildirirdi ki, onlar “müharibəyə qədər nəzarət etdikləri əraziləri, üstəlik Şaumyan və Qetaşeni” məlum “qanuna” daxil etməyi planlaşdırırlar.
Bu “hazırlıq” fonunda separatçı-terrorçuların Qafanlı istiqamətində atəş açması müharibədən əvvəlki vəziyyəti qaytarmaq, “mübarizəni” onların iddia etdikləri “qondarma “dqr”lə Azərbaycan arasına” keçirmək istəyidir. İstisna deyil ki, bu “ağılı” onlara verən elə ruslardır.
Atəşin keçmiş Ağdərədən - müharibədən sonra erməni terrorçuların (sayları ən az 10 mindən çoxdur) qaldığı ərazidən açılması 10 noyabr razılaşmasının hələ də icra edilməyən 4-cü bəndini bir daha aktuallaşdırır. //teleqraf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.