Baxiş sayı: 3765
Dərc olunub: 07/02/2022 - 18:50
Bölmə: Manşet
Ukrayna böhranı göstərir ki, Avropa dövlətləri bu məsələnin həll edilməsi və Rusiyaya qarşı dirənişlə bağlı yekdil fikrə gələ bilməyiblər. Bəzi Avropa ölkələrinin Rusiya ilə sıx iqtisadi əlaqələr qurması vəziyyəti daha da mürəkkəbləşdirir. Ona görə də həmin ölkələrdən bəziləri öz iqtisadi çıxarları naminə Ukraynanı dəstəkləməkdən vaz keçirlər. Digər tərəfdən isə ABŞ Moskva ilə yaxşı münasibətlər qurmaq istəyən Avropa ölkələrinə təzyiq göstərir.Hazırda bir sıra beynəlxalq KİV-lər Avropanın Rusiya ilə bağlı vahid siyasi kurs müəyyənləşdirə biləcəyinə şübhə ilə yanaşırlar. Türkiyənin “Evrensel” qəzeti “Ukrayna gərginliyinin arxasındakı qaz hesabları” başlıqlı məqaləsində sözügedən mövzuya toxunur.
“AzPolitika.info” həmin məqaləni təqdim edir: ”Zaman keçdikcə Qərb cəbhəsində Rusiyanın Ukraynaya qarşı münasibətinin müxtəlif çalarları daha da aydınlaşmağa başlayır. NATO-nun daxilindəki fikir ayrılığını dərinləşdirmək üçün Rusiyaya vaxt lazımdır.
Rusiya Qərb cəbhəsində ilk və mühüm çatı Macarıstanda yaratdı. Macarıstanın Baş naziri Viktor Orban ifrat sağ siyasətçidir. O, Moskva səfəri zamanı Putinlə birgə kameralar qarşısına çıxmaqla demək istəyirdi ki, Ukraynadakı gərginliyə baxmayaraq, Macarıstan Rusiya ilə münasibətləri korlamaq niyyətində deyil. Macarıstanı 2036-cı ilədək təbii qazla təchiz edəcəyi tənimatı verdiyinə görə, Viktor Orban Rusiyaya minnətdarlığını bildirib. Bu müqavilə Macarıstanın ucuz qaz almasına imkan yaradır. Həmin gün Macarıstan Müdafiə naziri Tibor Benke NATO-nun onun ölkəsində əlavə qüvvə yerləşdirmək xahişini qəbul etməyib.
Hadisələr göstərir ki, Macarıstan fəaliyyətini öz iqtisadi və kommersiya maraqları çərçivəsində davam etdirəcək. Rusiyanın göstərdiyi 10-12 milyard avro məbləğndə maliyyə dəstəyi sayəsində bu ölkədə Atom Elektrik Stansiyasının tikintisinə başlanılb. Elə bu səbəbdən də indi Macarıstanı “Rusiyanın Avropa Birliyindəki uzun əli” adlandırırlar.Amma Qərb cəbhəsində ən çox təzyiq altında olan ölkə Almaniyadır. Almaniyadakı yeni hökumət ABŞ və İngiltərənin radikal çıxışlarına qoşulmaq niyyətində deyil və kəskin bəyanatlardan və sanksiyalrdan qaçır.
“Der Spiegel” jurnalı yazıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns(William Burns) Almaniya kansleri Olaf Şolzla və Almaniya xüsusi xidmət orqanlarının rəhbəri ilə görüşərək, Rusiyanın Ukraynaya hücum planı barəsindəki məlumatları bölüşüb. ABŞ-ın Almaniya qarşısında qoyduğu tələblər isə iki bənddən ibarətdir.Birincisi, Almaniya Ukraynaya silah verməyəcəksə, o zaman Putinə iqtisadi və maliyyə sanksiyaları vasitəsi ilə ağır zərbə vurmaldır.İkincisi, Şolz Vaşinqtona səfərinə qədər “Şimal axını-2”-ni kommersiya layihəsi adlandırmamalıdır. Almaniyanın Ukrayna siyasəti və Almaniyan-ABŞ münasibətləri baxımdan Şolzun Vaşinqtonda Co Baydenlə görüşü mühüm əhəmiyyət daşıyacaq. Bu görüşün ardından Moskvaya gedəcəyi siqnalını verən Şolzun əlində müharibə bölgəsinə silah satılmayacağı ilə bağlı önəmil bir kart var. Hər şeydən öncə Almnaiya əhalisinin 60 faizi bu fikiri dəstəkləyir.
Yuxarıda sadalanan birinci və ikinci şərtlər haradasa bir-birilə eynilik təşkil edir. Almaniyadan maliyyə və iqtisadi sanksiyalarla Putinə zərbə vurulmasının istənilməsi həm də alman sərmayəsinin Rusiyadan əldə edəcəyi mənfəətə zərbə vurulması anlamına gəlir. Əlbəttə, müharibə məsələsində Almaniyanın təmkinli davranmsının səbəbi bununla bağlıdır.Almaniya və Rusiya arasındakı ticari və siyasi əlaqələrdə təbii qaz ən mühüm yer tutur. Hazırda Almaniya ehtiyac duyduğu təbii qazın 56 faizini Rusiyadan, 30 faizini isə Norveçdən alır. Ümumilikdə Avropa Birliyinin istehlak etdiyi təbii qazın 44 faizi Rusiyadan gəlir. Son aylar Avropa Birliyində təbii qazın qiymətinin yüksəlməsinin başlıca səbəbi Rusiyadan az miqadarda təbii qaz gəlməsilə bağlıdır. Ona görə də qaz anbarlarındakı doluluq faizi xeyli azalıb. ”Suddetsche Zeitung” qəzetində yazılan bir təhlilə görə, 1984-cü ildən bu yana Sibirdən Almaniyaya ən az təbii qaz 2021-ci ildə ixrac edilib.
Avropa təbii qaz tədarükündə Rusiyadan asılıdır və yaxın vaxtlara kimi buna hər hansı alternativ yoxdur. Uzun illərdir ki, Rusiyanın təbii qaz satışına görə Avropadan maliyyə asılılğı var. Lakin belə görünür ki, Çinin enerjiyə böyük ehtiyac duyması bu məsələdə balansı Rusiyanın lehinə dəyişib. 2019-cu ildən başlayaraq Çinə illik 38 milyard kub metr təbii qaz çatdıracaq “Sibirin gücü” qaz kəməri və layihələşdirilən “Sibirin Gücü-2” qaz kəməri Rusiyanın Avropadan təbii qaz satışı ilə bağlı asılılığını azaldacaq.İldə 55 milyard kub metr həcmi olan “Şimal axını-2”-nin işə salınmsı halnda Almaniya Avropanın “təbii qaz tankeri”olacaq. Bu, həm Rusiya həm də Almaniya iqtisadiyyatı üçün yeni bir həyat mənbəyi deməkdir. ABŞ Almaniyaya təzyiq göstərməklə bu həyat mənbəyini kəsmək istəyir. Amerika bunu etməklə özünün şist qazını Avropa bazarına çıxarmağa çalışır. BP-nin hesablamasına görə, dünyada təbii qaz ehtiyatına görə ABŞ böyük arayla birinci yerdədir. Onun ardınca Rusiya, İran, Çin və Qatar gəlir.
Amerikanın Avropaya təbii qazı sıxılmış halda satmaqla bağlı hesabları onun iştahını artırır. Bu, “Şimal axını-2”-nin tam əksidir. Elə bu səbədən də ABŞ Avropa Birliyi ilə Rusiya arasındakı iqtisadi və siyasi münasibətləri pozmaq və onların arasında “qalın divar” çəkmək istəyir.Mərkəzində Almaniya və Fransanın dayandığı Avropa dövlətlərinin ABŞ-ın Ukrayna ilə əlaqədar çoxməqsədli və çoxmərhələli hesablarına qarşı sinə gərib- gərməyəcəklərini zaman göstərəcək.
Alamaniya hansı yolla gedəcəyini qismən də olsa müəyyənləşdirib. Fransa isə ikili oyun oynayır. Bu, Ərdoğanı da cəsarətləndirir. Artıq cərəyan edən hadisələr Rusiya ilə əlaqədar ümumi siyasət yürüdülməsinin çətin olacağını göstərir. Ona görə də proses yeni bölünmələrə doğru aparır.”Vaqif Nəsibov“AzPolitika.info