Türkiyəli millət vəkili: “Çernobıl faciəsinin təkrarlanmaması üçün Ermənistandakı Metsamor AES bağlanmalıdır”
15-02-2022, 15:11
Dünyadakı 443 AES-dən ən təhlükəlisi Türkiyənin Ermənistanla sərhəd rayonlarında xərçəng xəstəliklərinin artması, bitki örtüyünün quruması, heyvanların şikəst doğulması halları müşahidə olunur Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Türkiyədə MHP (Milliyyətçi Hərəkat Partiyası) partiyasının İğdır elindən seilmiş millət vəkili Yaşar Karadağ Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının bağladılmasının lazım gəldiyini söyləyib. Karadağ dünən Məclisdə keçirdiyi mətbut konfransında fevralın 13-də axşam saatlarında Ermənistan-Gürcüstan sərhədində 5,3 bal gücündə zəlzələnin baş verdiyini, bu zəlzələnin İğdır, Qars, Ərzurum və Ağrı ellərində də hiss edildiyini söyləyib. Zəlzələdən sonra İğdırdan 16 kilometrlik məsafədə və Ermənistandakı seysmik fəal zonada yerləşən Metsamor AES-də baş verə biləcək sızıntı qorxusu keçirdiklərini söyləyən Karadağ stansiyanın təhlükəsizliyinin təmin edilmədiyini vurğulayıb. Metsamor AES-in köhnəlmiş Rusiya texnologiyası ilə qurulduğunu bildirən Karadağ deyib: “Dünyada mövcud olan 443 atom stansiyasından ən təhlükəlisi Metsamor Atom Elektrik Stansiyasıdır. Güclü zəlzələ baş verəcəyi təqdirdə, Metsamor Atom Stansiyasının radiasiya şüalanması İğdır, Qars, Ağrı və Ərzurum ellərimizi yaşanmaz vəziyyətə salacaq”. Son illərdə İğdır və ətrafında xərçəng xəstəliklərinin artmasının, bitki örtüyünün qurumasının, məhsuldarlığının azalmasının, həmsərhəd ərazilərdə heyvanların şikəst doğurlması faizinin artmasının bölgə əhalisi arasında narahatlığa səbəb olduğunu vurğulayan Karadağ deyib: “1986-cı ildə 40 min nəfərə yaxın insanın ölümünə səbəb olan Çernobıl faciəsinin təkrarlanmaması üçün Metsamor Atom Stansiyası dərhal qapanmalıdır”. Hürr Tərcüman