Duma Putindən separatçı Luhansk və Donetskin müstəqilliyinin tanımasını istəyir

16-02-2022, 09:11   



PutinŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Rusiya Dövlət Duması istəyir ki, Vladimir Putin Ukraynanın separatçı "Donetsk və Luhansk respublikalarını" tanısın.

Duma bu məsələyə baxması üçün Rusiya Prezidentinə müraciət edib. Bu təklif Ukraynaya təsir vasitəsi hesab olunur.

Rusiya separatçı ərazilərdə yaşayan 720 000 adama öz pasportunu verib və beləcə, oradakı əhalini Moskvaya daha da yaxınlaşdırıb. Ancaq müstəqilliyin tanınması dramatik bir qərar olar və Kiyevlə sülh əldə edilməsinə olan bütün ümidlərə son qoyar, deyə BBC redaktoru Paul Kirby yazır.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna ilə sərhəddə yerləşən bəzi qoşun hissələri hərbi manevrləri bitirəndən sonra öz bazalarına qayıdırlar. Ancaq Ukrayna xarici işlər naziri Dmitro Kuleba deyib ki, Rusiya bütün qoşunlarını geri çəkməlidir. "Bizdə belə qayda var: Eşitdiyinə yox, gördüyünə inan", o, jurnalistlərə bildirib.

Bu addım Ukrayna ətrafında Qərb və Rusiya arasındakı gərginliyin azalmasına dair ümidləri artırsa da, Nato hələ ki, geri çəkilməyə dair heç bir əlamət görmədiyini deyir.


Bu arada Avropa İttifaqı Moskvanın təhlükəsizlik problemlərini müzakirə etməyə hazır olduğunu bildirir.

Xəritə

___________________________________________________________

Təhlil

Redaksiya, BBC Azərbaycanca

Ukrayna və Rusiya arasında gərginliyin partlama vəziyyətinə gəldiyi bir vaxtda, bu gün Nato Baş katibi Azərbaycan Prezidentinə zəng edərək, Rusiyanın Ukrayna yaxınlığında qoşunlarını toplamasını müzakirə edib.Ukraynadan fərqli olaraq Azərbaycan Nato-ya qoşulmağa can atmır və hələ ki, Qərb və Rusiya seçimi qarşısında deyil. Ancaq Azərbaycan Nato üzvü olan Türkiyənin yaxın müttəfiqidir və onun ordusu Nato stilində təlimlər keçib.

BMT səsvermələrində Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və Prezident İlham Əliyevin bu yaxınlarda Ukraynaya , daha əvvəl isə Natoya səfər etməsi hələ ki, Kremli qıcıqlandırmaqdan yan keçə bilib.

Azərbaycan Rusiya və Qərblə münasibətdə balanslı xarici siyasətiylə Qərb diplomatlarının heyranlığını qazanıb.

İnsan haqları fəalları Qərb liderlərini Azərbaycana insan haqlarının pozulması iddiaları ilə bağlı lazımi qədər təzyiq etməməkdə günahlandırır.

Prezident Əliyevlə danışığı zamanı Yens Stoltenberq ona Azərbaycanın Avropaya qaz təchizatını artırdığı və Avropa üçün etibarlı partnyor olduğu üçün təşəkkür edib.

Bu ayın əvvəlində Azərbaycan Avropaya qaz təchizatını artırmağa razılaşıb, Avropa İttifaqı isə əvəzində Azərbaycana 2 milyard dollarlıq maliyyə paketi ayıracağını deyib.

Azərbaycanın 2.6 trilyon kub metr qaz ehtiyatı var və onun qazı hazırda Cənubi Qaz dəhlizi vasitəsilə Avropaya göndərilir.

___________________________________________________________

Nato-nun Baş katibi İlham Əliyevə zəng edib

Bu arada NATO-nun Baş katibi Jens Stoldenberg Ukraynada ətrafında vəziyyəti müzakirə etmək üçün Prezident İlham Əliyevə zəng edib.

O bu gün yaydığı tvitində deyilir ki, söhbət əsnasında Ukrayna ətrafında hərbi güvvənin toplaşması və onun enerji bazarlarına təsiri müzakirə olunub.

"Mən #Azərbaycana qaz tədarükünü artırdığına və Avropa üçün etibarlı enerji təchizatçısı olduğuna görə təşəkkür etdim".

Paylaşımını ötürün Twitter, 1

Paylaşımın sonu Twitter, 1

Rusiya Ukrayna sərhədində 100 mindən artıq hərbi qüvvə yığsa da hərbi müdaxilə edəcəyi barədə iddiaları rədd edir.

Сədvəl
Xəritə
Xəritə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.