ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30 ili: Enerji, təhlükəsizlik, regional sabitlik və insan hüquqları
20-02-2022, 09:51
ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson və səfir Li Litzenberger ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı çıxış edib. Çıxışlarda ABŞ-ın Azərbaycanın müstəqilliyinə bundan sonra dəstək veriləcəyi bildirilir.
ABŞ-Azərbaycan əlaqələri
Birləşmiş Ştatlar Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub. Dövlət katibi Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olub. Prezident Corc H.V. Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan edib. ABŞ-ın Bakıdakı səfirliyi 1992-ci il martın 16-da açılıb, Robert Finn müvəqqəti işlər vəkili təyin edilib.Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və sərmayələri genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır. “Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin, ATƏT-in Minsk Qrupu vasitəçiliyi də daxil olmaqla, uzunmüddətli və davamlı siyasi həllinin həyata keçirilməsi səylərini qətiyyətlə dəstəkləyir və regional sabitlik, sülh və rifahı təşviq edir” , ABŞ Səfirliyi qeyd edir. ABŞ Səfirliyinin məlumatında deyilir ki, Azərbaycanın ABŞ ilə diplomatik münasibətlərinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan böyük tərəfdarı yoxdur. Li Litzenberger
Li Litzenberger: Biz hər gün Azərbaycan xalqı ilə birgə çalışırıq
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer münasibətlərin 30-cu ildönümündə deyib: “Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhün tapılmasına və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır.Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhün tapılmasına və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır. Birləşmiş Ştatların bu çoxmillətli dövlət-özəl sektor arasındakı tərəfdaşlığa davamlı dəstəyi Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq, onun karbondan asılılığının azaldılması səylərini dəstəkləmək və Avropaya qaz tədarükünü şaxələndirmək məqsədimizin bir hissəsi idi. Təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsində də Azərbaycan terrorizmlə mübarizədə ön sıralardadır və NATO-nun Əfqanıstandakı missiyasına öz töhfəsini verib. Biz təhlükəli materialların və narkotiklərin qarşısını almaq və Xəzərdəki enerji ehtiyatlarını qorumaq üçün Azərbaycanla sıx əməkdaşlıq edirik. Xalqlarımız arasındakı əlaqələr bizi birləşdirir – ABŞ-da təhsil alan tələbələr, mübadilə proqramları, ortaq mədəniyyətin qorunması proqramları üzrə işlər, jurnalistlərə dəstək – biz hər gün Azərbaycan xalqı ilə birgə çalışırıq.” Erika Olsin
Erika Olson: Biz Azərbaycanın insan hüquqlarına və əsas azadlıqlarına hörməti gücləndirmək səylərini dəstəkləməyə sadiqik
Dövlət katibinin köməkçisinin müavini Erika Olson 30-cu ildönümündə deyib: “Biz gələcəyə baxarkən, iki ölkə arasında ticarət, təhsil və mədəniyyət əlaqələrini gücləndirməyi səbirsizliklə gözlədiyimiz kimi Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləməyə sadiq qalırıq. Biz Azərbaycanın insan hüquqlarına və əsas azadlıqlarına hörməti gücləndirmək səylərini dəstəkləməyə sadiqik. Biz Azərbaycanla və regiondakı digər dövlətlərlə davamlı sülhün əsaslarını yaratmaq üçün çalışacağıq. Diplomatik münasibətlərimizdə bu əlamətdar ildönümünü qeyd edərkən biz təkcə geriyə deyil, həm də irəliyə baxırıq. Biz 30 ildir tərəfdaşıq və mən əminəm ki, tərəfdaşlığımız bizi gələcək onilliklərə aparacaq. Biz hamı üçün demokratik, firavan və dinc gələcək naminə Azərbaycanla işləməyi səbirsizliklə gözləyirik,” o qeyd edib. Amerikanın səsi