"QARABAĞDAKI TƏXRİBATLARIN ARXASINDA RUSİYA DAYANIR" - "Bölgədə müharibə təhlükəsi var..."

21-02-2022, 13:31   




“Erməni özbaşına bu qələti edə bilməz. Burada Rusiyanın birbaşa əli var”

“Azərbaycan tərəfindən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasının konkret vaxtı təyin olunmalıdır”
Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə Azərbaycana qarşı təxribatlar davam edir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun mövqeləri vaxtaşırı ermənilər tərəfindən atəşə tutulur.
Bundan əvvəl, fevralın 4-də isə separatçılar Rusiya sülhməramlılarının çətiri altında Ağdam istiqamətində səngərlər qazmağa başlayıblar. Caliber.az-ın əldə edərək yaydığı görüntülərdə erməni separatçılarının rusların müşayiəti altında işlədikləri aydın görünür. Azərbaycan hökuməti iki gün sonra elə həmin Caliber.az-ın dili ilə belə təxribatlara göz yummayacağın tərəflərə bəyan edir və terrorçulara qarşı “sıfır tolerantlıq” siyasətinin sona çatdığını bildirib.
Xəbərdarlığa baxmayaraq, üzərindən 10 gün keçəndən sonra erməni tərəfi yenidən səngər qazmağa başlayır. Ardınca isə Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması yayılır. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstə üzvlərinin səngər qazaraq möhkəmlənmə işləri apardıqları müşahidə edilib: “Bölmələrimiztərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”.

Ardınca isə erməni mənbələri Azərbaycan əsgərlərinin atəş açması nəticəsində bir hərbçinin ağır yaralandığını bildiririr. Azərbaycan Müdafiə Nazirliyi isə bu barədə açıqlamanın təxirbat olduğunu, qarşı tərəfə atəş açmadığını bəyan edib.
Fevralın 16-da ermənilərin daha bir təxribatı haqqında məlumat yayıldı. Belə ki, Tərtərin Suqovuşan yaşayış məntəqəsindən çıxıb Ağdərə-Kəlbəcər yolu ilə Kəlbəcərə gedən Azərbaycana məxsus avtomobil kolonu Ağdərədən keçərkən dayandırılıb. Mülki paltarda olan təxminəm 200-ə yaxın erməni yük maşınlarının hərəkətinə imkan verməyib. Hətta sülhməramlıların qətiyyətsiz müdaxiləsi belə, kömək etməyib və yük maşınları yenidən Suqovuşana qayıdıb.
Bir neçə gün əvvəl isə qondarma “Artsax təhlükəsizlik şurasının” yaydığı məlumata görə, fevral-may aylarında rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda silah atıcılığı təlimləri keçiriləcək. Təlimlərin vətəndaşların hərbi vərdişlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcəyi açıqlanıb. Təlimlərdə qondarma “dövlət idarəetmə orqanlarının”, eləcə də iri qurum və müəssisələrin əməkdaşları iştirak edəcəkləri bildirilib.

Baş verən təxribatları şərh edən politoloq Zərdüşt Əlizadə bildirir ki, bölgədə vəziyyət qeyri-sabitdir: “Eşidəndə ki, hardasa Ermənistan mövqelərindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub sizin beyninizdə hansı təsəvvür yaranır, fikir formalaşır? Demək bölgədə vəziyyət qeyri-sabitdir, müharibə təhlükəsi var”.
/azpolitika.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.