Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Ankara Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini müstəqil dövlət kimi tanımasını qətiyyətlə pisləyir.
“Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və beynəlxalq ictimaiyyətin ən sərt reaksiyasına səbəb olmalıdır. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik”, - nazirlik bildirib.
Musavat.com xatırladır ki, Rusiya prezidenti Vladimir Putin canlı efirdə xalqa müraciət edib. Putin çıxışının sonunda "Luqansk və Donetsk Respublika”larını müstəqil dövlətlər kimi tanıyan bəyanatı imzalayıb.
Musavat.com