Rusiya prezidenti Vladimir Putin müharibə elan etdikdən dərhal sonra Ukrayna istiqamətində raketlər “yağmağa” başlayıb. Musavat.com-un xəbərinə görə, yayılan kadrlardan görünür ki, Ukraynanın müxtəlif şəhərlərinə mərmilər atılır, “Qrad” qurğularından atəş açılır. Xəbər qaynaqlarında bildirilir ki, Ukraynanın müxtəlif şəhərlərindəki strateji obyektlər qanadlı və ballistik raketlərlə vurulur.