KİYEV və DİGƏR İRİ ŞƏHƏRLƏR RAKETLƏRLƏ VURULUR! - Rus ordusu dənizindən də hücuma keçib + VİDEOLAR (YENİLƏNİR)

24-02-2022, 11:32   




“Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”. Bunu jurnalist Andrey Tsaplienko Telegram kanalında yazıb.
Bundan başqa, Kiyevin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir. Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış baş verib.
Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər.
"The Guardian" qəzetinin Kiyevdəki müxbiri Lyuk Hardinq bildirib ki, Ukrayna aerodromları, hərbi qərargahları və komanda mərkəzləri qanadlı və ballistik raketlərlə vurulur. 
Rusiya Müdafiə Nazirliyi Ukraynın bütün hərbi hava hücumundan müdafiə sisteminin sıradan çıxarıldığını iddia edib. Qurum həmçinin Ukrayna sərhəd qüvvələrinin Rusiya qoşunlarına heç bir müqavimət göstərmədiyini, ölkənin hərbi aerodromlarının məhv edildiyini iddia edir.
Rusiya Ukraynaya qarşı Qara dənizdən və Azov dənizindən də hücuma keçib. Artıq Odessaya Rusiya desantı çıxarılıb. Bu haqda İnterfaks-Ukrayna bildirir.
Ukrayna Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, Nikolayev vilayətində Rusiyanın raket zərbələri nəticəsində güclü yanğınlar başlayıb. Xarkovda raket-artilleriya mərmiləri anbarı məhv edilib. 
Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko isə bildirib ki, Rusiya ölkənin iri şəhərlərinə hücuma keçib, qanadlı raketlərlə və ballistik raketlərlə aramsız zərbələr endirilir. O cümlədən Kiyevdə strateji obyektlər vurulur, Borispol aeroportu ətrafında da partlayış səsləri eşidilir.
Prezident Volodimir Zelenski isə xalqa növbəti müraciətində onları evdən çıxmamağa çağırıb. Mülki əhalinin Lvova doğru qaçdığı haqda xəbərlər də var.
Youtube platformasında yayılan görüntülərdən isə aydın olur ki, gecə saatlarında Rusiya ordusu paytaxt Kiyev istiqamətinə də raketlər yağdırıb. Rusiya lideri hədəfin Donbas və Luqans cəbhəsi olduğunu bəyan etsə də, görüntülər paytaxt Kiyevin də təhlükə altında olduğu qənaətini yaradır.

Rusiya prezidentinin Ukrayna hərbçilərinə silahlarını yerə qoyub, evə dönmələri ilə bağlı müraciət etməsindən sonra başlanan hava zərbələrinin ardınca rus tanklarının da sərhədi keçdiyini əks etdirən kadrlar yayılıb.
Yayılan videokadrlardan görünür ki, Rusiya ordusuna məxsus tanklar sərbəst şəkildə Ukrayna ərazisinə daxil olur və hətta hərbçilərdən birinin “Odessa” dediyi eşidilir.


 /azpolitika.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.