Almaniya Azərbaycan mədəniyyətindən məhrum olacaq

29-08-2014, 15:45   
Almaniya Azərbaycan mədəniyyətindən məhrum olacaqİdarələrarası pul intriqası hakimiyyət yönlü dispor təşkilatlarını da çökdürür

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evi maliyyə problemləri üzündən bağlanmaq təhlükəsi altındadır. Qeyd edək ki, Alman-Azərbaycan Mədəniyyət Evi Almaniyadakı ən səsli-küylü diaspor təşkilatlarından idi. Amma deyəsən, bu səs daha çıxmamaq qorxusu ilə üzləşib. Təşkilat maliyyə böhranı keçirir.

Alman- Azərbaycan Mədəniyyət Evinin bu zaman qədər hansı maliyyə ilə fəaliyyət göstərdiyini deyə bilmərik, amma bunun hökumətə yaxın proyekt olduğu aşkar idi. Almaniyadakı dispora ilə yaxın münasibətləri olan mühacirlərdən birinin dediyinə görə Alman=Azərbaycan Mədəniyyət evi üç tərəfli intriqanın arasına düşüb. Belə ki, xaricdəki bu tipdən olan Mədəniyyət Evləri, bir qayda olaraq, Heydər Əliyev Fondunun maliyyə dəstəyi və eqidası altında işləyir.

Kölndəki təşkilatın heydər Əliyev Fonduna çıxışının qarşısı alınır, ya da Fond bu təşkilatla bağlı hansısa başqa niyyətlərdədir. İkincisi, əsasında maliyyə smeta işləri dayana bütün proyektlər səfirliklə diaspora Komitəsi və Mədəniyyət Nazirliyi arasında çəkişmə predmetidir. Buna görə də, Köln mədəniyyət evi bu üç qurumun intriqa zolağına düşüb və bu dövlət orqanlarının heç biri ona diqqət ayırmaq istəmir.

Layihənin rəhbəri olan Rəşad Quliyevin bu məsələ ilə bağlı ,,Azadlıq,,a açıqlamasında isə bu problemlərin hər hansı birini istisna edəcək versiya olmadı. O, dedi ki, ,,bu zamana qədər dövlət büdcəsindən pul ayrılmadan və könüllülərin verdiyi vəsaitlə fəaliyyət göstərən Mədəniyyət Evini bağlamaq zorundadırlar,,.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.