Kiyev rejiminin danışıqlara hazır olduqları barədə dünənki bəyanatlarından sonra rus bölmələri əməliyyatın əsas istiqamətlərində aktiv döyüş əməliyyatlarını dayandırıb.Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov deyib.
Qeyd edək ki, daha öncə Kreml sözçüsü Dmitri Peskov əməliyyatların bərpa edildiyi barədə açıqlama verib.