Xəbər verdiyimiz kimi, bu gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq.Hurriyyet.az-ın məlumatına görə, Belarusun Xarici İşlər Nazirliyi danışıqların keçiriləcəyi məkanın artıq hazır olduğunu açıqlayıb.
Hazırda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüş üçün otağa gəlişi gözlənilir.
***
Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski “RİA Novosti”yə bildirib ki, Ukrayna nümayəndə heyəti hələ Belarusda danışıqlara gəlməyib: “Danışıqlar hələ başlamayıb, Rusiya nümayəndə heyəti gözləyir”.
Onun sözlərinə görə, danışıqlar Bakı vaxtilə 13:00-da başlayacaq.