Daha bir QHT-nin hesabına həbs qoyulub

29-08-2014, 16:05   
Daha bir QHT-nin hesabına həbs qoyulubİqtisadi Təhqiqat Mərkəzinin direktoru Qubad İbadoğlu

Səbail Rayon Məhkəməsi İqtisadi Təhqiqat Mərkəzinin və mərkəzin direktoru Qubad İbadoğlunun şəxsi hesablarına həbs qoyub. Bu məlumatı AzadlıqRadiosuna Qubad İbadoğlunun özü verib. Onun sözlərinə görə, bu haqda məhkəmə qərarı avqustun 27-də çıxarılsa da, onlar bundan bir gün sonra xəbər tutublar:

«Bizdən xəbərsiz məhkəmə keçirilib. Həm mərkəzin hesabı, həm də mənim bank və cari hesablarım bağlanıb. Bu məlumatı bizə bank verib. Qərarın surətini hələ ala bilməmişik. Qərardan apellyasiya şikayəti verəcəyik».

Qubad İbadoğlu deyir ki, Avqustun 18-də onu Baş Prokurorluğa da çağırıblar: «QHT işi ilə bağlı çağırılmışdım. Getdim, ifadə verdim. İstintaq sirridir deyə, detalları haqda danışa bilməyəcəyəm».

Son vaxtlar Azərbaycanda xaricdən qrant alan 10-dan artıq QHT-nin bank hesablarına həbs qoyulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.