Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskva-Verona reysini həyata keçirən sərnişin təyyarəsi İstanbul hava limanına məcburi eniş edib. virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən Avropa hava məkanını Rusiya təyyarələri üçün bağladığından Moskvadan İtaliyanın Verona şəhərinə gedən sərnişin təyyarəsi Yunanıstanın hava məkanına buraxılmayıb.SU-7236 uçuş nömrəli Boeing-737 tipli sərnişin təyyarəsi bir müddət Türkiyə-Yunanıstan sərhədində dövrə vurub. Hava məkanına daxil olmasına icazə verilmədiyi üçün İstanbula doğru hərəkət edib. Təyyarə 21:00 radələrində İstanbul Hava limanına eniş edib və yanacaq doldurulduqdan sonra Moskvaya geri qayıdacaq.
virtualaz.org