"Hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putinin əsas məqsədi Ukrayna deyil. Putin Qərb ilə böyük sövdələşmə əldə etmək istəyir”.Kanal.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözcüsü İbrahim Kalın açıqlama verib. O bildirib ki, Putin Ukrayna vasitəsilə şərtləri öz lehinə dəyişmək istəyir.
Kalın Rusiyanın işğal əməliyyatının haqsız və əsassız olduğunu ifadə edib.