“Bayden Putinin müharibəsini maliyyəşdirməyi dayandırmalıdır!” – Senatorlar etiraz elədilər
2-03-2022, 18:22
“Doyçe Velle” nəşri xəbər verir ki, ABŞ-da Rusiya neftindən imtina ilə bağlı qanun layihəsi hazırlanıb. Senatorlar qrupunun qanun layihəsində ABŞ-ın Rusiyanın Ukraynadakı müharibəni maliyyələşdirməsini dayandırmalı olduğu vurğulanır. 2021-ci ildə ABŞ Rusiya Federasiyasından gündəlik təqribən 700 min barrel neft idxal edib. Qanun layihəsini respublikaçı senatorlar hazırlayıblar. Bu gün Senator Rocer Marşallın saytında dərc edilmiş birgə bəyanatda ABŞ-ın energetika sahəsində müstəqilliyini bərpa etməli və Rusiya Prezidenti Vladimir Putinin hərb maşınını maliyyələşdirməyi dayandırmalı olduğu bildirilir: “ABŞ Prezidenti Bayden Amerikadakı enerji daşıyıcılarının istehsalını bərpa etməli və Rusiyadan xam neft almaqla Vladimir Putinin Ukraynadakı müharibəsini maliyyələşdirməyi dayandırmalıdır. Əvvəlki administrasiya zamanı ölkəmiz enerji cəhətdən müstəqil idi, lakin Prezident Bayden istiqaməti dəyişərək, Rusiya kimi düşmən ölkəni Amerikanın yanacaqdoldurma stansiyasına çevirib”. Rusiya ABŞ-a yanacaq tədarük edən ölkələrin sırasında 3-cü yeri tutur. Hürr Tərcüman