150 RUS DİVERSANT MƏHV EDİLDİ, İRİ DESANT GƏMİSİ BATIRILDI... - İşğalçının hava qüvvələrinə ağır zərbə vuruldu + VİDEOLAR (Yenilənir)
24-03-2022, 15:09
Berdyansk yaxınlığında rusiyalı işğalçılarının “Orsk” adlı iri desant gəmisi məhv edilib. “AzPolitika.info” xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin rəsmi açıqlamasında məlumat verilir. Xəbərdə deyilir ki, Rusiyanın Qara Dəniz donanmasına aid olan “Orsk” gəmisinin batması ilə yanaşı, ətrafdakı iki gəmini də alov bürüyüb. Həmçinin, limandakı yanacaq və silah anbarlarının da məhv edildiyi bildirilir.
Ukraynanın paytaxtı Kiyev şəhərində isə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib. Şəhər Hərbi Komendantlığından Şərqi Avropa bürosuna verilən məlumata görə, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv edilib.
Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artilerioya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər. Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur. Bu arada Rusiyanın Kiyev vilayətinin İrpin şəhərindən vəhşililklərinə dair yayılan görüntülər rus ordusunun işğalçı əməllərini bir daha ortaya çıxarıb. Ukrayna mediasında paylaşılan görüntülərdə rusların İrpin şəhərində törətdiyi vəhşiliklər əks olunub.