Çubaysın istefasına Putinin reaksiyası... – Peskov

24-03-2022, 15:26   




Prezident Vladimir Putinin daimi inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın istefasına hər hansı reaksiya verəcəyini gözləmirəm.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavab olaraq deyib.
O bildirib ki, Çubays öz istəyi ilə istefa verib:
"İşdən azad edilib, vəssalam! Unutmayın ki, o, ştatlı əməkdaş deyildi, ictimai əsaslarla işləyirdi və Prezident Administrasiyasının birbaşa əməkdaşı sayılmırdı".
Peskov onu da qeyd edib ki, Çubays əmək haqqı almırdı:
"Çubaysın hansı şəkildə istefa verməsinə gəlincə, bu haqda bilmirəm və hesab edirəm ki, bunun heç bir xüsusi önəmi yoxdur. Prezidentin sərəncamı ilə vəzifəyə təyin olunanlar əlbəttə ki, Prezidentin adına istefa məktubu yazmalıdır. Başa düşmürəm ki, bu məsələ niyə bu qədər təəccüblə qarşılanır. Administrasiyada hər gün kimlərsə işdən azad edilir, yeni işçilər gəlir. Bu, kifayət qədər böyük və canlı mexanizmdir".
Qeyd edək ki, 20 ildir Putinin xüsusi nümayəndəsi olan Çubaysın qəfil istefa verib Türkiyəyə getməsi təəccüblə qarşılanıb. Bəziləri bunu Ukrayna müharibəsinə etiraz kimi qiymətləndiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.