Putin yüksək riskli mərc etdi - "Politiko"

25-03-2022, 11:20   




Rusiya Prezidenti Vladimir Putin qaz ödənişlərini rubla çevirməklə Qərbi ələ salır.
Axar.az xəbər verir ki, “Politiko” nəşri məlumat yayıb.
“Bu, yüksək riskli mərcdir: ya Qərb Putinin tələblərinə boyun əyəcək, ya da müqavimət göstərməkdə davam edərək Moskvanın yeni addımlarını gözləmək riski ilə üzləşəcək”, - nəşr qeyd edib.
Ekspert Timoti Eşin sözlərinə görə, Putin bu addımı ilə sanksiya təzyiqini azaltmaq istəyir.
Analitik Ceyms Hakstep isə bildirib ki, bu, yeni tədbirlər alıcılar üçün qaçılmaz çətinliklər yaradacaq.
Həmçinin, “Politiko”ya müsahibə verən ekspertlər bu vəziyyətdə bir çox hüquqi mübahisələrin yaranacağına əmindirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.