KREML PLANLARINI DƏYİŞMƏYƏ MƏCBUR OLDU - Rus ordusunun yeni hədəfi açıqladı

26-03-2022, 13:48   




Bir aydan artıqdır davam edən müharibədə Ukrayna qüvvələrinin ciddi müqaviməti ilə üzləşən və gözlənilən irəliləyişə nail ola bilməyən Rusiya savaş strategiyasını dəyişdiyini açıqlayıb.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy dünən yerli medianın suallarını cavablandırarkan bildirib.
O deyib ki, Rusiyanın müharibədə əsas məqsədi Donbasın tam müstəqilliyinə nail olmaqdır: Ukraynanın paytaxtı Kiyev və digər şəhərlərin hədəf alınması Ukrayna ordusunun diqqətini yayındırmaq strategiyasının bir parçasıdır. Biz əməliyyatın birinci mərhələsindəki məqsədimizə nail olmuşuq. Ukrayna ordusunun gücü əhəmiyyətli dərəcədə azaldılıb. Bu, o deməkdir ki, artıq bizim qüvvələrimiz əsas məqsədinə - Donbasın müstəqillik qazanması üçün mübarizəyə başlaya bilər. Hazırda Rusiya qüvvələri Luqanskın 93 faizinə, Donetskin isə 54 faizinə nəzarət edir”.
1 ay ərzində Ukraynada strateji şəhərləri işğal edə bilməyən Rusiyanın bu bəyanatını ABŞ-ın “Bloomberg” nəşri belə şərh edib: “Bir aylıq müharibədən sonra məhdud miqyaslı ərazi qazancı Moskvanı potensial olaraq hədəf dəyişikliyinə getməyə məcbur etdi”.

Qeyd edək ki, hələ bir neçəgün əvvəl  “Reuters” Pentaqondakı yüksək vəzifəli nümayəndəyə istinadən bildirmişdi ki, Rusiya hücum əməliyyatı uğursuz olduğu üçün qüvvələrini Kiyevin deyil, Ukraynanın şərqinin ələ keçirilməsi üçün səfərbər edəcək.
Agentliyin məlumatına görə, Rusiya qüvvələri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ilə danışıqlarda təsir rıçaqı əldə etmək üçün Donbası və bölgəni müdafiə edən ukraynalı hərbçiləri təcrid etməyə çalışacaq.
“Onlar buna böyük əhəmiyyət verirlər və bu barədə əlimizdə olan məlumat onlarda olan informasiya ilə üst-üstə düşür”, - Pentaqon rəsmisi deyib.
O əlavə edib ki, ABŞ Rusiya qüvvələrinin Donbasda daha aqressiv olduğunu müşahidə edir: “Sözsüz ki, bu, onlar üçün prioritetdir”.
Rusiya qüvvələri Kiyev yaxınlığında müdafiə mövqeyinə çəkiliblər, Ukrayna ordusu isə Çerniqov istiqamətində irəliləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.