Bayden: Putin hakimiyyətdə qalmamalıdır

27-03-2022, 10:16   


Martın 26-da Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden qeyd edib ki, Vladimir Putin hakimiyyətdə qalmamalıdır. O, bütün avtokratlar kimi güclünün haqlı olduğuna inanır.
Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenski qanuni seçilmiş prezidentdir, babası nasist Almaniyasına qarşı vuruşub. Putin isə qarşısına nail ola bilməyəcəyi məqsəd qoyub.
"Biz Ukrayna xalqının birliyin bir qəddar diktatorun planlarından daha güclü olduğunu necə nümayiş etdirdiyini görürük. Keçmiş imperiyanı bərpa etməyə çalışan diktator öz məqsədlərinə çatmayacaq, çünki insanlar onun dünyasında yaşamaq istəmirlər. Azad insanlar bunu heç vaxt dəstəkləməyəcəklər. Özgür insanlar qaranlığın hökm sürdüyü dünyada yaşamaqdan imtina edirlər. Biz işıq, demokratiya, fürsət azadlığı üçün çalışırıq"- Bayden deyib.
Bayden həmçinin qeyd edib ki, Putin hakimiyyətdə qalmamalıdır. 
Qeyd edək ki, daha sonra Baydenin "Putin hakimiyyətdə qalmamalıdır", sözlərinə Ağ Ev aydınlıq gətirib.
Ağ Evdən bildirilib ki, Bayden Rusiyada rejimin dəyişdirilməsinə çağırış etməyib.
 Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.