Rusiya Kiyevdən buna görə çəkildi – Kəşfiyyat

30-03-2022, 12:34   




Rusiya hərbi bölmələrinin Kiyev ətrafından çıxarılması ilə bağlı xəbərlər Kremlin regionda təşəbbüsü itirdiyinin göstəricisi ola bilər.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.
“Rusiyanın dəfələrlə uğursuzluqları və Ukrayna hərbi qüvvələrinin uğurlu əks-hücumları Rusiyanın Kiyevi mühasirəyə almaqla bağlı məqsədinə çatmadığı anlamına gəlir. Çox güman ki, Rusiya Donetsk və Luqansk vilayətlərində hücumu artırmaq üçün şimaldakı hərbi qüvvələri şərqə göndərəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya Kiyev və Çerniqov istiqamətlərində hərbi əməliyyatları kəskin şəkildə azaltmaq qərarına gəlib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.