Rusiyanın Brüsseldəki səfirliyi Belçikada məskunlaşan 21 diplomatın ölkədən çıxarılması qərarına cavab verib.
"Bu düşmənçilik tədbirləri cavabsız qalmayacaq" deyə bəyanatda qeyd edilib.
Hurriyyet.az xəbər verir ki, Rusiya səfirliyi dünən Belçika hökumətinin Rusiyanın Brüsseldəki səfirliyindən və Antverpendəki baş konsulluğundan olan 21 rusiyalı diplomatın casusluq ittihamı ilə “persona non qrata” olması barədə bəyanatına reaksiya verib.
Səfirlikdən verilən açıqlamaya görə, Rusiya səfiri Aleksandr Tokovin casusluq ittihamlarını tamamilə əsassız adlandırıb.
Tokovin bəyan edib ki, bu qərar Rusiya-Belçika münasibətlərinə ciddi zərbə vuracaq və bu, iki ölkə arasında əməkdaşlıq ənənəsinə ziddir.
"Bu düşmənçilik tədbirləri cavabsız qalmayacaq", - səfirliyin bəyanatında qeyd edilir.
Qeyd edək ki, Belçikanın xarici işlər naziri Sofi Vilmes ölkədəki 21 rusiyalı diplomatın casusluq və Belçikanın milli təhlükəsizliyini təhdid edən əməliyyatlarda iştirak etdikləri üçün "persona non qrata" elan edildiyini açıqlayıb. Belçikadan başqa Hollandiya 17 rus diplomatı və İrlandiya 4 rus diplomatını ölkəni tərk etmələrini istəyib.
YƏHYA