Putin Zelenskinin məktubunu zibil qabına atdı

30-03-2022, 16:27   



Putin Zelenskinin məktubunu zibil qabına atdı
Ukrayna lideri Volodimir Zelenski bu ayın əvvəlində Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. İddialara görə, Zelenskinin məktubunu Putinə rusiyalı oliqarx Roman Abramoviç çatdırıb.
Hurriyyet.az "The times" nəşrinə istinadən xəbər verir ki, Abramoviç Putinlə görüş zamanı məktubu ona gizli şəkildə vermək istəyib. Putin isə buna sərt reaksiya verib. 
İddialara əsasən, Putin Abramoviçdən Zelenskiyə məktubu zibil qutusuna atacağını söyləməsini istəyib.
Məktubda Zelenskinin iki ölkə arasında sülh istəkləri yer alıb.
Məktubda, həmçinin Zelenskinin fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə son qoymağa razılıq verəcəyinə dair şərtlər də sadalanıb. Lakin Putin məktubu qəbul etməyib və onu zibil qutusuna atıb.
Xatırladaq ki, bir müddət əvvəl Prezident Zelenski ABŞ-dan milyarder R.Abramoviçin Putinlə vasitəçilik etmək potensialına görə, onu sanksiya siyahısına daxil etməməyi xahiş edib. Ağ Ev sanksiyalar siyahısını hazırlayan Xəzinədarlıq Departamentinə Ukrayna liderinin xahişini çatdırıb, nəticədə Abramoviç və onun şirkətlərinin "qara siyahı"ya salınmasının qarşısı alınıb.\Modern.az 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.