Aprelin 6-da Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.Görüşün hansı formatda baş tutacağı barədə məlumat verilməyib.
Xatırladaq ki, Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə ötən ilin dekabr ayının 14-də görüşüb. Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan problemi ilə bağlı bir sıra qərarlar qəbul edilib.