Kiyev əhalisi geri qayıdır? Qərargahdan xəbərdarlıq - Video
2-04-2022, 14:42
09:18 İnsanların öz şəhərlərinə qayıtmasından söhbət getmir. Bu, həqiqətən çox təhlükəlidir. Biz dayanmırıq, Kiyev vilayətinin sakinləri üçün 7/24 işləyirik. Bir az gözləmək lazımdır. Axar.az xəbər verir ki, bunu Kiyev vilayətinin Humanitar Qərargahının rəhbəri Aleksey Kuleba bildirib. “Vurğulamaq istəyirəm ki, istənilən iş yalnız hərbi qulluqçular tərəfindən işğaldan azad edilmiş ərazilərin - yollar, körpülər və digər infrastruktur obyektlərin tam təmizlənməsindən sonra mümkündür”, - Qərargah rəhbəri qeyd edib. Xatırladaq ki, Rusiya ordusunun Kiyev vilayətindən Donbasa çəkildiyi haqda məlumatlar yayılıb.