Rus ordusu ikinci müharibə cəbhəsini AÇDI – Moldovanın bu ərazilərində…

2-04-2022, 19:49   




Rusiya Ukrayna ilə sərhəddə təxribatlar törətmək üçün Moldovanın Dnestryanı bölgəsində yerləşən qoşun hissələrini cəlb etməyə başlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, bəzi ərazilərdə rus qüvvələrinin geri çəkilməsi qeydə alınıb. Bunun Slobojanski, Donetsk və Luqansk bölgələrində növbəti hücum əməliyyatları üçün qoşunların qruplaşdırılmasını gücləndirmək məqsədi daşıdığı deyilib.
Həmçinin qeyd edilib ki, rus ordusu “könüllülər” adlandırılan qüvvələrin də əməliyyatlara cəlb olunması işini gücləndirib.
Baş Qərargahdan verilən məlumata görə, Rusiya Müdafiə Nazirliyi aprelin 4-dən mayın 23-dək ehtiyatda olan hərbçilərlə hərbi görüşlər keçirməyə qərar verib. Ukrayna ilə sərhəddə təxribat və qarışıqlıq yaratmaq üçün Moldovanın Dnestryanı bölgəsində yerləşən Rusiya qoşunlarının bölmələrinin bu prosesə cəlb edilməsi istiqamətində işlər gücləndirilib.
Açıqlamada o da bildirilib ki, Rusiya qoşunları Luqansk vilayətində ağır itkilər verməkdə davam edir. Son bir həftə ərzində rus ordusunun təkcə 2-ci Ordu Korpusu adlandırılan bölməsi 800-dən çox itki verib. //teleqraf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.