Böyük Britaniya kəşfiyyatından Putinin edam PLANı ilə bağlı ŞOK AÇIQLAMA

5-04-2022, 08:33   


Ukraynada edamların həyata keçirilməsi əvvəldən Rusiya prezidenti Vladimir Putinin planında olub. Novator.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici kəşfiyyat idarəsinin – Mİ6-nın rəhbəri Riçard Mur bəyan edib.
Riçard Mur sosial şəbəkə vasitəsilə yaydığı açıqlamasında vurğulayıb: “Biz bilirdik ki, Putin Ukraynaya müdaxilə planına öz hərbçilərinin və kəşfiyyat xidmətinin orada məhkəməsiz edamlar həyata keçirməsini də daxil edib. Hazırda Ukraynanın azad olunmuş yaşayış məntəqələrində dinc sakinlərin edam edildiyini təsdiqləyən dəhşətli xəbərlər adamın qanını dondurur”.
2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total müharibə aparır.
Ukrayna xalqının və ordusunun güclü müqaviməti ilə üzləşmiş rus qoşunları martın sonlarında bəzi məntəqələrdən, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkilmək məcburiyyətində qalıb. Azad edilən yaşayış məntəqələrində rusların dinc ukraynalıları kütləvi şəkildə qətlə yetirdiyi bəlli olub, kütləvi məzarlıqlar aşkar edilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.