“Rusiyanın məqəsədi Lissabondan Vladivastoka qədər açıq Avrasiya qurmaqdır – həmçinin, ukraynalıların özlərinin sakitliyi üçün”.“AzPolitika.info” “TASS” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev bəyan edib.
Medvedev deyib ki, Rusiya Ukraynanın “denasifikasiyası” və “demilitiarizasiyası”ndan vaz keçmək fikrində deyil: “Bu çətin tapşırıqlar bir anda yerinə yetirilmir və onlar təkcə döyüş meydanında həll olunmur”.
O, qeyd edib ki, Ukrayna guya “mental olaraq üçüncü Reyxə çevrilib” və onun da sonu faşist Almaniyasının sonu kimi olacaq.Medvedev deyib ki, Rusiya ukraynalıların düşüncəsində dəyişiklik etmək fikrindədir.
Putinin yaxın dostu Ukraynanı yenə hədələyib və onun dövlət, millət kimi mövcudluğunu sual altına alıb: “Dərin ukraynaçılıq böyük bir feykdir, hansı ki, tarixdə heç zaman olmayıb və indi də mövcud deyil”.
Göründüyü kimi, bu açıqlamalar bir daha heç bir beynəlxalq hüquqa, müasir sivil beynəlxalq münasibətlərə sığmayan və suveren bir dövləti, xalqı təhdid edən fikir və davranışların birbaşa Kreml tərəfindən formalaşdırıldığını təsdiqləyir.
Xatırladaq ki, iki gün öncə “RİA-Novosti” agentliyi eyni tezislər əsasında yazılmış “Rusiya Ukrayna ilə nə etməlidir” başlıqlı açıq faşizm elementləri olan və Ukrayna xalqına qarşı işğala, cinayətlərə, qətliamlara haqq qazandıran məqalə yayımlamışdı. Həmin məqalə Ukrayna tərəfinin və Qərb siyasətçilərinin etirazı ilə qarşılanıb.“AzPolitika.info”