“Səhv düzəldildi” - ABŞ Rusiyanın İnsan Hüquqları Şurasından çıxarılmasını alqışlayır

9-04-2022, 09:05   

Vaşinqton/08.04.22/Turan: Cümə axşamı Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası Ukraynada dinc sakinlərin Rusiya qoşunları tərəfindən öldürülməsinə cavab olaraq  Rusiyanın İnsan Hüquqları Şurasına üzvlüyünün dayandırılması haqda qətnamə qəbul edib.
93 ölkə "lehinə", 24 ölkə "əleyhinə" səs verib, 58-i bitərəf qalıb. Belarus, Çin, İran, Rusiya və Suriya "əleyhinə" səs veriblər, Azərbaycan və Ermənistan səsvermədə iştirak etməyiblər, Gürcüstan və Moldova isə "lehinə"səs veriblər.
Ağ Ev qətnaməni “beynəlxalq birliyin mühüm addımı” adlandırıb. Bu addım Putin müharibəsinin Rusiyanı necə beynəlxalq təcrid etdiyini bir daha nümayiş etdirir, Turan-ın Vaşinqtondakı müxbiri bildirib.
Rusiya qoşunları hərbi cinayətlər törədir. İnsan Hüquqları Şurasında Rusiyaya yer yoxdur”, - prezident Co Bayden deyib.
Bu tarixi səsvermədən sonra Rusiya "Şuranın işində iştirak edə və ya orada öz dezinformasiyasını yaya bilməz, çünki Şuranın araşdırma komissiyası Rusiyanın Ukraynadakı pozuntularını və insan hüquqlarını pozmasını araşdırır", -Bayden deyib.
“Adamların zorlanması, işgəncə, edam izləri - bəzi hallarda onların cəsədlərinin təhqir edilməsi - insanlığa qarşı təhqirdir. Rusiyanın yalanları Ukraynada baş verənlərə dair təkzibedilməz sübutlarla müqayisə olunmaz. Məhz buna görə də xalqlar Rusiyanın Ukraynaya qarşı əsassız və amansız təcavüzünü pisləyir və Ukrayna xalqını onun azadlıq mübarizəsində dəstəkləyir”, - Bayden deyib.
Öz növbəsində dövlət katibi Entoni Blinken səsverməni “Rusiyanın öz işğalçılıq müharibəsini dərhal və qeyd-şərtsiz dayandırmalı olmasına açıq siqnal” kimi qiymətləndirib.
Birləşmiş Millətlər Təşkilatında keçirilən səsvermədən dərhal sonra ABŞ Konqresi yekdilliklə Rusiya və Belarusla ticarət əlaqələrinin dayandırılması və Rusiya neftinin idxalına qadağan qoyulması barədə qərar qəbul edib.
“Putinin qlobal iqtisadi və maliyyə baxımından təcrid edilməsində tərəfdaşlığına və liderliyinə görə Konqresə təşəkkür edirəm”, -milli təhlükəsizlik üzrə müşavir Jeyk Sallivan deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.