Baxiş sayı: 5960
Dərc olunub: 08/04/2022 - 20:30
Bölmə: Manşet
"ABŞ və Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina ediblər."AzPolitika.info" xəbər verir ki, belə sensasiyalı bəyanatla Rusiya Xarici İşlər naziri
Sergey Lavrov bu gün ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə çıxış edib.
Onun sözlərinə görə, belə “rusofob yanaşma” Rusiya ilə bağlı bütün məsələlərdə tətbiq edilir:
“Minsk Qrupundakı fransız və amerikalı partnyorlarımız bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bəyan ediblər. Əgər onlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda nizamlanma maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”.
Lavrov vurğulayıb ki, ABŞ və Fransa təkcə bu münaqişə deyil, həm də yerlərdəki bütün digər münaqişələrdə rusofob siyasətin girovuna çevrilərək öz birtərəfli iradəsini diktə etmək üçün hamını bütün formatlarda qarşılıqlı əlaqəni kəsməyə məcbur edir.
“Biz Qarabağda vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqik. Bu seçim bizim deyil. Və əgər Fransa və ABŞ qərar veribsə, Allah özü onların hakimi olacaq”, – Rusiya XİN rəhbəri əlavə edib.
O vurğulayıb ki, Rusiya bu yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Qarabağ nizamlanması üzrə danışıqların bərpasının tərəfdarı olub.
"AzPolitika.info"