Ukraynalılar yaxınlarını dəfn edirlər: Borodyankadan xüsusi reportaj
10-04-2022, 08:26
Rusiya ordusunun tərk etməsindən sonra Borodyankada geriyə xeyli sayda cəsədlər qalıb. Şahidlər deyir ki, rusiyalı hərbiçilər sakinlərə əsir kimi rəftar ediblər. Bəzi qəbirlərdə kimin dəfn edildiyini isə müəyyən etmək mümkün deyil. Kilsə keşişi deyir ki, rusiyalı hərbiçilər xüsusilə gəncləri soyundurub, onlarda hansısa mifik-millətçi tatular axtarıblar. Sükan arxasında vurulan bir qadının kimliyi müəyyən edilmədiyi üçün onun qəbrinin üzərinə avtomobilinin nömrəsi yazılıb.