Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya üçün Mariupolu ələ keçirmək niyə belə vacibdir?

18-04-2022, 08:17   



MariupolŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Rusiya Ukraynaya hücum edəndən bəri Mariupol şəhərində minlərlə insan həlak olub

Rusiya qoşunlarının altı həftədən çox davam edən şiddətli hücumundan sonra liman şəhəri olan Mariupolu Rusiyanın tam ələ keçirməyə yaxın olduğuna dair işarələr artır.

Martın əvvəlində Rusiya qoşunları şəhəri mühasirəyə almağa başlayandan bəri Mariupolda minlərlə insan həlak olub.

Bəs Mariupol Rusiyanın planlarında niyə bu qədər vacib yer tutur?

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner səbəbləri açıqlayıb.



Krım və Donbas arasında quru ilə dəhlizin qurulması

Coğrafi baxımdan Mariupol xəritədə yalnız kiçik bir ərazini tutur, lakin o, Krım yarımadasında mənzillənən Rusiya qüvvələrinin yolunu kəsir.

Şəhərin nəzarətə alınması Moskvayaa Rusiyadan Krıma quruilə dəhliz yaratmağa imkan verəcək və bu, böyük hərbi-strateji uğur sayılacaq.

Ukrayna iqtisadiyyatının boğulması

Mariupol Azov dənizi regionunun ən böyük limanıdır və burada iri dəmir-polad kombinatı yerləşir.

O, həm də Ukraynanın polad, kömür və qarğıdalı məhsulu üçün əsas ixrac qovşağı idi.

Mariupolu itirmək Ukrayna iqtisadiyyatı üçün böyük zərbə demək olacaq.

Təbliğat aləti

Mariupolda Azov Briqadası adlı Ukrayna silahlı bölməsi yerləşir. Bu bölmədə keçmişdə neonasistlər də daxil olmuş ifrat sağçı ekstremistlər döyüşür.

Onlar Ukraynanın döyüşən qüvvələrinin yalnız bir hissəsini təşkil etsələr də, bu, Moskva üçün faydalı təbliğat vasitəsinə çevrilib.

Əgər Rusiya Azov Briqadasının kifayət sayda üzvünü diri ələ keçirə bilsə, Moskva Ukrayna hökumətini gözdən salmaq üçün Rusiya dövlət mediasında onlardan istifadə edə bilər.

Əhval-ruhiyyənin möhkəmləndirilməsi

Prezident Vladimir Putin Ukraynanın Qara dəniz regionunu Novorossiya (Yeni Rusiya) deyilən bir məkana aid edir. Həmin bu torpaqlar 18-ci əsrdə Rusiya İmperiyasınən nəzarətində olub.

Putin bu konsepsiyanı canlandırmaq istəyir, çünki hesab edir ki, o, "rusları Kiyevdəki qərbyönlü hökumətin zülmündən xilas edir".

Mariupol isə hazırda onun bu məqsədinə çatmasının qarşısını alır.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar