Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiyanın dişləri sındırılan vaxt Paşinyan Putinin ayağına niyə getdi?

20-04-2022, 09:21   
 

Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı danışıqlar yekunlaşıb. Kremlin mətbuat xidmətindən yayımlanan xəbərdə deyilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqları bildirilib. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının qarşısının alınması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini aktivləşdirmək də qərara alınıb. Kremldən yayımlanan xəbər boş söz yığnağından ibarətdir. İl yarımdır Kreml eyni məzmunlu xəbərlər yayımlayır, ancaq ortada ciddi nəticə yoxdur.      əldə ediblər. Kreml Avropa İttifaqının vasitəçiliyini əngəlləmək istəyir. Brüssel Kremlin planlarından xəbərdardır və bilir ki, Moskva İrəvana təzyiq etməklə gedişatı poza bilər.        Rusiyanın izolyasiya olunduğu, böyük çoxluğun qapılarını Kremlin üzünə bağladığı bu qarışıq, böhran zamanında Paşinyan Putinin ayağına getməsi də bir ayrı məsələdir. Ukrayna müharibəsi başlayan gündən Rusiyaya Lukaşenko istisna, heç bir dövlətin başçısı ayaq basmayıb. Ermənistan lideri ikinci ölkə başçısıdır ki, Putinin hüzuruna getdi. Anaxeber.info məlumat verir ki, Putinin Paşinyana təzyiq göstərdiyi və sənədlər imzalanacağı proqnozunu əvvəldən irəli sürmüşdük. Rusiya sülh müqaviləsinə əngəl olmağa hazırlaşır. İrəvan Moskvadan əlini çoxdan üzüb və Paşinyanın son etirafları da göstərir ki, Ermənistanın baş naziri sülh sazişi istəyir və Qarabağ problemindən qurtuluş arzusundadır. Sadəcə, Rusiya birdəfəlik həll tərəfdarı kimi görünmür və yarımçıq sülh niyyətindədir. Amma belə mürəkkəb geosiyasi vəziyyətdə, Ukrayna müharibəsinə görə təcridlə üzləşən Putinin Paşinyanı öz sarayına çağırması maraq doğurur. Bu görüş Brüssel zirvəsindən az sonraya təsadüf edirdi. Analitik şöbə yazır ki, Kreml başçısı erməni hökumətinin rəhbərini üçtərəfli 10 noyabr sənədinə sadiq qalmağa çağırıb və Avropa İttifaqının vasitəçiliyinə çox da bel bağlamamaq mesajı verib. Əgər Moskvadan daha da qopmaq, Aİ-ni üstün tutmaq istəsə, Paşinyan üçün asan olmayacaq. Onsuz da ruspərəst müxalifət İrəvanda mitinq keçirir, Qarabağı Ermənistana birləşdirməyə çağırır, Araik Paşinyana qarşı qiyam qaldırır, baş nazirin son bəyanatlarına etiraz olunur, Rusiya da Minsk qrupundan çıxaraq xüsusu nümayəndə təyin edir, Lavrov Mirzoyanı dərhal Moskvaya dəvət edir və bütün bu addımlar Putin administrasiyasının  ciddi təşviş içində olduğunu deməyə əsas verir. Çünki Rusiya işlərin yaxşı getmədiyini hiss edir və sülh anlaşmasına əngəl olmağa, daha doğrusu, Avropa Birliyi platformasında reallaşmasına maneçilik törətməyə çalışır. Putin istəmir ki, Qərbin vasitəsi ilə Bakı-İrəvan sülh bağlasın. O halda Avropa üstünlük qazanmış olacaq və Putinin üçtərəfli sənədi etibarsız sayılacaq. Hərçənd Qərb də manevr edir, ermənipərəst siyasət yürüdür, tam səmimi görünmür, sadəcə, sülh sazişini kim bağladacaq uğrunda rəqabət gedir. Üstəlik, bu hadisələr Rusiyanın tam təcrid olunması dönəminə rast gəlinir. Ona görə Kreml anlayır ki, özü müsbət addım atmasa, onun yerinə bunu Avropa edəcək, Ermənistanla Azərbaycan qarşısında dili uzun olacaq. Rusiya lideri Ukrayna müharibəsinin ağır dövründə Cənubi Qafqazdakı vəziyyəti də nəzarətdə saxlamağı unutmursa, deməli, küncə sıxışdırıldığını anlayır. O da maraqlıdır ki, görəsən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov Paşinyanın Kremldə keçirəcəyi görüş barədə “hazırki beynəlxalq vəziyyətdə bu xüsusi əhəmiyyət kəsb edir” dedikdə nəyi nəzərdə tutur? Ermənistan müxalifəti hesab edir ki, Paşinyan Moskvada Putinlə hansısa sənədə imza atacaq. Ancaq Putinin qarşısında iki variant var: Kreml sahibi ya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına – Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dəstək verəcək, ya da bu prosesi pozmaq üçün imzalayacağı sənəd vasitəsilə Paşinyana müxtəlif vasitələrlə təzyiq edəcək. Putin Ukraynadakı ağır müharibə və Qərbin sərt sanksiyaları fonunda məntiqlə Cənubi Qafqazdakı sülhyaratma prosesinə mane olmamalıdır. Sadəcə məntiq olsaydı, Putin Ukraynaya hücum etməzdi. Bakı isə sülh sazişi istəyir - ya Moskvada, ya Brüsseldə, fərq etmir...
Azər Talıbov
AnaXeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar