Gürcü aktyoru, rejissoru və müğənnisi Vaxtanq Kikabidze Ukraynanı qətiyyətlə dəstəkləyən, Rusiyanın bu ölkəyə təcavüzünü pisləyən sənətçilərdəndir.Musavat.com Publika.az-a istinadən xəbər verir ki, o, müsahibəsində Rusiya prezidenti Vladimir Putinin gələcək taleyi ilə bağlı proqnoz verib.
Kikabidzenin fikrincə, dövlət başçısı ya yaxın ətrafı tərəfindən devriləcək, ya da Ukraynada törətdiyi cinayətlərə görə onu Tanrı cəzalandıracaq.
“Biz hamımız xristianıq. Əgər O (tanrı – red.), həqiqətən də mövcuddursa, hər şeyi görür. Tarix ağ-qara yazılıb. Ona görə də bütün pis işlər cəzalandırılır. Tarix artıq bunu sübut edib. Mən buna əminəm. Onun geri qayıtması çox çətin olacaq”, - deyə, aktyor bildirib.
Kikabidze əmindir ki, Putinin səhhətində mütləq problemlər var. Çünki heç bir sağlam şəxs yaxın qonşuya - müstəqil və suveren dövlətə qarşı belə vəhşiliklərə icazə verə bilməz.
Musavat.com