Rusiyada yayımlanan və Ukraynanın işğalını dəstəkləyən “Readovka” qəzeti Rusiya Müdafiə Nazirliyinin 13 414 hərbçinin öldüyünü, 7 mininin isə itkin düşdüyünü qəbul etdiyini bildirib.Kanal.az xəbər verir ki, qəzet internet saytında yayımladığı xəbəri qısa müddətdə silib.
Xəbərdə ölən rus hərbçiləri üçün “yerləri doldurulmayan itkilər” ifadəsi işlədilib.
Qəzet onu da yazıb ki, nazirlik Rusiyanın “Moskva” kreyserinin ekipajından 116 nəfərin həlak olduğunu təsdiqləyib. Gəmidə olan 100 nəfərin də itkin düşdüyü bildirilib.