“Təxribat-diversiya qrupu Azərbaycanı dövlət sərhədinin pozmağa cəhd edib”Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Eduard Matirosov ad-soyadlı şəxsi saxlayıblar.
DSX-nın yaydığı
məlumata görə, bu şəxs Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur və Zəngilan rayonuna keçərkən saxlanılıb.
Hadisə aprelin 23-də baş verib.
DSX bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu Azərbaycanı dövlət sərhədinin pozmağa cəhd edib:
“Onların irəliləməsinin qarşısı alınıb, diversantlar geri çəkilməyə məcbur edilib”.
Ermənistan tərəfi hələlik hadisə ilə bağlı hər hansı məlumat yaymayıb.