“PUTİNİN XƏSTƏLİYİ HƏR ÖTƏN GÜN İRƏLİLƏYİR” - Yeni iddialar + FOTOLAR

25-04-2022, 13:06   




Pasxa bayramında çəkilən görüntüləri müzakirələrə səbəb olub – Xəstəliyi hər ötən gün irəliləyir...
Putinin Pasxa bayramı zamanı çəkilən görüntüləri yenidən böyük müzakirələrə səbəb olub. Dünya mediasında sürətlə paylaşılan görüntülər Putinin xəstəliyi ilə bağlı iddiları yenidən gündəmə gətirib.
“AzPolitika.info” Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Putinin ötən gün Pasxa bayramıyla əlaqədar getdiyi Moskvadakı Xilaskar Məsih Kafedralında şəhərin meri Sergey Sobyaninin yanında dayanmaqda çətinlik çəkdiyi, dodaqlarını dişləməsi və yalaması böyük müzakirələrə səbəb olub.
Qəzet yazır ki, ritual zamanı çəkilən görüntülərdə Putinin narahat hərəkətləri, Ukraynada üzləşdiyi hərbi uğursuzluqlarla əlaqədardır.
Məlumatda qeyd olunur ki, Putinin titrəməsi və yavaş hərəkətləri Parkinson xəstəliyindən əziyyət çəkən insanın reaksiyalarına bənəzyir.
Xatırladaq ki, ötən həftə Putinin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşdə sonadək sağ əli ilə masanın küncündən tutması, üzünün şişməsi və digər hərəkətləri Rusiya prezidentiylə bağlı xəstəlik iddialarını yenidən gündəmə gətirmişdi.


“AzPolitika.info”







 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.