Əslində, bu gün İrəvanda hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur.Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.
Onun sözlərinə görə, bu gün Ermənistanda etiraz edənlər yalnız Paşinyanı devirmək istəyirlər.
“Bəs bundan sonra nə olacaq? Onlar sonrakı planlarının nə olacağını söyləyəmirlər. Çünki xalqa deməyə onların heç bir sözü yoxdur. Paşinyan devrilsə, Köçəryan, Sərkisyan, Vanetsyan, daşnaklar və digər siyasi qüvvələr hakimiyyəti bölüşdürməyə başlayacaqlar. Ermənilər hakimiyyətə can atan bu və ya digər qüvvələrin şəxsi varlanması üçün zəruri olan kütləyə çevriliblər.
Səbəblər çoxdur, amma hətta onların cəmləşməsi, çətin ki, müxalifətə Paşinyanı devirmək və "sabiq" hakimiyyəti bərpa etmək üçün güc toplamağa kömək etsin. Yeri gəlmişkən, bunu müxalifətçilərin özləri də anlayırlar, amma etiraf etməkdən qorxurlar. Gic-gic bəyanatlarla çıxış edirlər…
Amma Ermənistan bu gün çətin dönəmdədir. İrəvan yalnız Xankəndi üzərində deyil, həm də bilavasitə Ermənistanın ərazisinin böyük bir sahəsində də nəzarəti itirəcək”, - deyə erməni ekspert qeyd edib.